Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:26

Səfər Əbiyev amerikalı həmsədrlə görüşüb


-
Sentyabrın 9-da müdafiə naziri Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri James Warlick-i qəbul edib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, müdafiə naziri qonağı regionda mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.

James Warlick Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Azərbaycanla əməkdaşlığını intensivləşdirəcəyini bildirib.

Görüşdə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Richard Morningstar da iştirak edib.
XS
SM
MD
LG