Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34
Rusiya iqtidarının dəstəklədiyi Sergei Sobyanin Mosva meri seçkilərinin qalibi elan olunub. Moskva Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, Sobyanin 51.37%, müxalifət fəalı Aleksei Navalny 27.24 % faiz səs toplayıb.

37 yaşlı Navalny hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Deyib ki, ikinci tur keçirilməsə seçkinin nəticələrini qəbul etməyəcək.

Rəsmi rəqəmlərə görə, seçicilərin 32%-i Bazar günü keçirilən seçkidə iştirak edib. Seçki Komissiyasının sədri Valentin Gornunov deyib ki, pozuntlarla bağlı heç bir rəsmi şikayət almayıblar və ikinci turdan söz gedə bilməz.

Exit polların nəticələrinə görə, Navalny seçkidə 29-32 faiz arasında səs toplayıb. Navalnynın seçki qərargahı isə 36 faiz səs topladıqlarından əmindirlər.

Navalnynın tərəfdarları Bazar ertəsi axşama Moskvada seçki nəticələrinə etiraz olaraq aksiyaya çağırıblar.

Qalib elan edilən Sobyanin Bazar günü axşam minlərlə tərəfdarı önündə seçkini bu günə kimi keçirilən ən şəffaf və ədalətli səsvermə adlandırıb.

55 yaşlı Sobyanin iqtidardakı Vahid Rusiya partiyasının üzvüdür və 2011-ci ilin Oktyabr ayından Moskva meri vəzifəsində idi.

37 yaşlı milliyətçi Navalny isə korrupsiya ilə bağlı bloqları ilə tanınıb. Ancaq 2013-cü iyul ayında vaxtilə özü hakimiyyətdə olduğu dövrdə korrupsiyada ittiham olunub, həbs cəzası almışdı. Buna baxmayaraq zaminə buraxılıb və seçkidə iştirakına icazə verilmişdi.

Bəzi rusiyalı şərhçilər əmindirlər ki, seçkidə çoxlu səs yığdığı üçün indi rəsmilər onu təkrar həbsxanaya göndərməyə çəkinəcəklər.

Moskva Carnegie Mərkəzindən Nikolai Petrovun fikrincə, “Kreml üçün ən məntiqli addım Navalnyya 5 il şərti cəza verilməsidir.

Rusiyada Bazar günü təkcə Moskva meriyası ilə yanaşı 7 başqa şəhərin meri, 5 şəhər şurası, 8 qubernator və 16 yerli parlamentə seçkilər keçirilib.

Bir çox seçkidə iqtidardakı Vahid Rusiya partiyasının namizədləri qalib gəlib.

Ancaq Rusiyanın 4-cu iri şəhəri olan Yekaterinburqda rəsmi nəticəyə görə müxalifətin namizədi Yevgeny Roizman iqtidar namizədi Yakov Silini qabaqlayıb. Roizman səslərin 30, Silin 26.5 faizini yığıb.
XS
SM
MD
LG