Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

Həbsdə olan məhbusun anası İlham Əliyevə müraciət edib


-
Həbsdə olan dindar fəal Rəşad Ramazanovun anası Zemfira Ələkbərova prezident İlham Əliyevə müraciət edib.
Rəşad Ramazanov bloqçu, həm də Milli Elmlər Akademiyasının doktorantıdır. Masallının Digah kənd orta məktəbinin müəllimi olan anası Zemfira Ələkbərova öz müraciətində oğlu şər-böhtan qurbanı olub:
"Gözümün ağı-qarası bircə övladımı - Ramazanov Rəşad Ağəddin oğlunu şərə-böhtana salaraq həbs ediblər. Millətin övladlarına tərbiyə verən bir ana kimi mən heç zaman nankor övlad böyüdə bilməzdim. Etiraf edirəm ki, oğlum müxalif fikirli olub, amma bu o demək deyil ki, hər hansı bir şərəfsiz işlə məşğul olub. Rəşad Ramazanov Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. O, bir neçə elmi məqalənin müəllifidir və ana kimi də fəxr edirəm ki, övladımın bir kitabı Prezident Kitabxanasında saxlanır.
Cənab prezident! Mən düşünürəm ki, çox gənc, ziyalı olan, özünü elmə həsr etməyə çalışan bir şəxsi şərləmək, ona qara yaxmaq bütöv Azərbaycan gəncliyinə, gənc ziyalılara qarşı atılan namərd bir addımdır".
Zemfira Ələkbərova öz müraciətində deyir ki, oğlunun iki azyaşlı uşağı var: "Onlardan biri heç öz atasını görməyib, onu duymayıb. 5 yaşlı nəvəm isə hər gün ağlayaraq atasının yolunu gözləyir. Çox səmimi olaraq deyirəm ki, bu körpəni aldatmaqdan başqa çarəmiz olmur".
Zemfira Ələkbərova prezidentdən oğlunu əhv etməsini istəyir: "Siz böyüksünüz. Bağışlamaq da bir böyüklükdür. Ümidim göydə Allaha, yerdə Sizədir ki, oğlumu əfv edəcəksiniz".
Zemfira Ələkbərovanın müraciətini Mediaforum saytı yayıb.
Bir neçə ay əvvəl Rəşad Ramazanova Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi üzrə ttiham irəli sürülüb.
Onun müdafiəçiləri hesab edirlər ki, Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə fikirlər yaydığı üçün həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG