Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58

Pakistanın yeni prezidenti and içir


-
Pakistanın yeni prezidenti Mamnoon Hussain sentyabrın 9-da and prezident kimi and içir.
Andiçmə mərasimi paytaxt İslamabaddadı.

Keçmiş prezident Asif Ali Zardari ötən həftənin 6-cı günü istefa verib. O, keçmiş baş nazir Benazir Bhuttonun əridir. Benazir Bhutto 2007-ci ildə sui-qəsd nəticəsində həyatını itirib.
Asif Ali Zardari həm də demokratik yolla seçilmiş ilk prezidentdir.
Pakistan parlamenti Mamnoon Hussaini iyul ayında prezident seçib.
Yeni prezidentin toxuculuq sahəsində biznesi var. O, həmçinin baş nazir Nawaz Sharifin rəhbərlik etdiyi "Musəlman Liqası-Navaz" partiyasının üzvüdür. 1999-cu ildə Sindh bölgəsinin qubernatoru olub.
Mamnoon Hussain indiyə kimi milli siyasətdə parlaq fiqur kimi tanınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG