Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:33

Lahıc qəsəbəsində imza yığan Müsavat üzvü döyüldüyünü deyir...


Lahıc (Foto: Nurlan Babazadə)
Lahıc (Foto: Nurlan Babazadə)
-
«O, ƏLİNDƏKİ STƏKANI MƏNİM SİFƏTİMƏ ATDI»
Müsavat partiyası gənclər təşkilatının üzvü Oruc Novruzov İsmayıllı rayonunun Lahıc qəsəbəsində imza toplayarkən zorakılıqla üzləşdiyini deyir. Əslən Lahıc qəsəbəsindən olduğunu bildirən zərərçəkənin sözlərinə görə, bu hadisə ötən həftənin cümə günü baş verib:
«Qəsəbədə Məşədi Əliyevin yaşadığı ünvana getdim. Qapını döyüb icazə istədikdən sonra içəri daxil oldum, Məşədi Əliyev həyətdə əyləşib çay içirdi. Mən ona yaxınlaşdım və özümü təqdim edərək gəlişimin məqsədini ona izah etdim. O, əlindəki stəkanı mənim sifətimə atdı, stəkan burnuma dəydi və burnumdan qan açıldı».
Oruc Novruzovun deməsinə görə, Məşədi Əliyev daha sonra onu nəlayiq söyüşlərlə təhqir edərək həyətdən çıxmağımı tələb edib. Şikayətçi bildirir ki,oradan çıxıb dərhal Lahıc qəsəbə nümayəndəliyinə gedib və nümayəndə Fikrət Haqverdiyevə məsələni nəql edib, ondan tədbir görməyini tələb edib:
«Nümayəndə baş verənlərə aydınlıq gətirmək əvəzinə məni sıxma- boğmaya saldı. Deyirdi ki, sizin nə ixtiyarınız var burada imza yığırsınız. Rayonun icra başçısı bilsə sizinçün də, mənimçün də pis olacaq. Mən çarəsiz qalıb ordan uzaqlaşdım. İndi neçə gündür ki, nümayəndə məni çağıtdırır və zorla, polislə hədələyərək məndən Lahıcdan kimlərin milli şura namizədinə imza vermələrini öyrənmək istəyir. Deyir ki, icra başçısı Mirdamət Sadıqovun göstərişidir».
«VALLAH YADIMDA DEYİL»
Məsələ ilə bağlı Məşədi Əliyevlə görüşdük. Məşədi Əliyevin 75 yaşı var. O həm əlildir, həm də yaddaş sarıdan problemləri olduğunu bildirir. O baş verənlərlə bağlı yalnız bunları söylədi: «Vallah yadımda deyil. Nə bilim, bəlkə də olub ya olmayıb nəvəm yaşındadır...»
Lahıc qəsəbə nümayəndəsi Fikrət Haqverdiyev isə Oruc Novruzovun yanıma kömək üçün gəldiyini təsdiqlədi:
«Mən ona izah etmişəm ki, hər hansı insana yaxınlaşdıqda kimin üçün imza yığdığını de və qısaca həmin namizəd barədə arayış ver. Bir də ki, hərə bir cür ağıla xidmət edir. Məşədi qoca, şikəst adamdır. İndi nə edək, asaq onu? Mən Oruca təklif etdim ki, istəyirsə polisə müraciət edək o, özü imtina etdi. Dedi ki, mən cavan oğlan 75 yaşlı qocadan şikayət etməyim düz gəlməz».
Fikrət Haqverdiyev qeyd etdi ki, imza toplama kompaniyasında heç bir ayrıseçkilikdən söhbət gedə bilməz:
«MƏNİM NƏYİMƏ LAZIMDIR Kİ, KİM KİMƏ İMZA VERİB»
«Bütün bu kampaniyada iştirak edənlərə normal şərait yaradılıb və bu bizim borcumuzdur. Oruc Novruzov yalan danışır, mənim nəyimə lazımdır ki, kim kimə imza verib. Onun bu məsələdə icra başçısının adını hallandırması ümümiyyətlə cəfəngiyyatdır. Başçı ümumiyyətlə seçki prosesinə qarışmır. Oruca məsləhət görürəm ki, danışanda bir az məsuliyyətli olsun. Nə mən onu çağırıb sıxmışam nə də ki, buna lüzum var. Bəyəm mənim işim, gücüm bir Orucdur?».
XS
SM
MD
LG