Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

Moskvada mer seçkilərində “karusel”lərin qeydə alındığı deyilir


-
Rusiyanın bəzi regionlarında keçirilən seçkilərdə qanun pozuntuları qeydə alınıb. Bu haqda “İnterfaks”a “Qolos” hərəkatının rəhbərlərindən biri Qriqoriy Melkonyants deyib.
Onun sözlərinə görə, söhbət “karusel”dən, səslərin alınmasından və başqa texnologiylardan, müşahidəçilərin işinə maneələr yaradılmasından gedir. Melkonyants deyir ki, əhəmiyyətli pozuntular Moskva ətrafında, Yekatrinaburqda qeydə alnıb.
Onun dediyinə görə, seçkilərin ən rahat keçdiyi yer Moskvadır, burda çoxsaylı müşahidəçilər toplanıb.
Merliyə namizəd Aleksey Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov bildirib ki, xeyli sayda əsgər səsvermə siyahısına daxil edilib, amma məhkəmə bununla bağlı ərizəni qeydə almaqdan imtina edib.
Kseniya Sobçak yazır ki, məntəqələrdən birində komissiya qanun pozuntularının qəbul olunmasının əleyhinə səs verib.
Rusiyada seçkilər keçirilir, 7 mindən artıq bölgədə seçki başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG