Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:41
-
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri sentyabrın 8-də Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Bu haqda AzadlıqRadiosuna Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, onlar 44495 imzanın olduğu 893 imza vərəqini və eləcə də Cəmil Həsənlinin gəlirləri haqda məlumatları quruma təqdim ediblər.
“MSK-da qanun tələblərinə uyğun şəkildə bunları qəbul etdi. Seçki Məcəlləsinə görə, 48 saat ərzində sənədlərdə düzəlməsi mümkün olan yanlışlıqla bağlı bizi MSK-ya dəvət edə bilərlər. Amma biz hər hansı yanlışın olacağını düşünmürük. Biz tələb olunandan artıq imza toplamışıq, etibarsız sayıla biləcək imzaları MSK-ya verməmişik. Bundan başqa, qanun ən azı 60 seçki dairəsində 50-dən artıq imza toplanmasını tələb etdiyi halda biz 120 dairədə 50-dən artıq imza toplamışıq. Ancaq bununla belə, biz sabah saat 14.30-a MSK-ya dəvətliyik” deyə Gülağa Aslanlı bildirir.
Qanunla prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlayıb, sentyabrın 9-da saat 18:00-da başa çatır. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydiyyata alınması və ya alınmaması barədə qərarın qəbulu 7 gün ərzində qəbul olunur.
Seçkiqabağı təşviqat mərhələsi sentyabrın 16-dan başlamalıdır.
Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 9-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG