Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:09

Avropa Birliyi ölkələri Suriya məsələsində razılığa gələ bilmirlər


-
Avropa İttifaqına daxil olan 28 ölkənin hamısı razılaşır ki, Suriya hökuməti kimyəvi silahdan istifadə edib.

Bunu sentyabrın 7-də Vilnüsdə Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirlərinin ABŞ Dövlət katibi John Kerry ilə görüşündən sonra AB-nin xarici siyasət rəhbəri Catherine Ashton deyib.

O qeyd edib ki, Avropa Birliyi belə bir cinayətə reaksiya verməyə bilməz.

Lakin Avropa ölkələri arasında Suriya rejiminə qarşı gücdən istifadəylə bağlı ümumi razılıq yoxdur.

AB ölkələri Suriyada olmuş BMT ekspertlərinin yekun rəyini gözləyirlər və yalnız bundan sonra hansısa qərar qəbul edə biləcəklərini deyirlər.

Sentyabrın 7-də özünün həftəlik müraciətində ABŞ prezidenti Obama ölkəsinin Suriyada baş verənlərə biganə qalmayacağını deyib.

O vurğulayıb ki, Suriyaya qarşı hərbi zərbələr qısamüddətli olacaq və Amerika əsgərinin ayağı Suriya torpağına dəyməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG