Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:17

Hökumət neftin qurtarmasına hələ çox qaldığını bildirir


«Neft daşları»
«Neft daşları»
-
«Makroiqtisadi göstəricilərin təhlili deməyə əsas verir ki, ölkə iqtisadiyyatında neftdən asılılıq tədricən azalmaqdadır».

Dövlət Neft Fondundan AzadlıqRadiosunun sorğusuna verilən cavabda belə deyilir.

Məlumata görə, 2011-2012-ci ildə qeyri-neft sektorunun ümumdaxili məhsulda (ÜDM) payı 48-53 faiz idisə, bu il 63.3%-ə çatıb.

Fond son illər qeyri-neft sektorunda ixracatın da artdığını qeyd edir:

«2013-cü ildə ixracat 2.3 milyard dollar və yaxud ötən ilə nisbətən 21%-ə qədər yüksəlib».

Fond gələcəkdə neft gəlirlərinin azalmasına baxmayaraq, gələcək nəsillər üçün vəsaitlərin saxlanması və səmərəli idarə olunması üçün üzərinə düşən vəzifələrin icrasını davam etdirəcəyini bildirir.

Fond ən böyük neft gəlirlərinin 2024-cü ilə kimi gözlənildiyini bildirir:

«2024-cü ildə Sazişin başa çatması Azərbaycan neftinin bitməsi demək deyil. Eyni zamanda yeni neft yataqlarının aşkar edilməsi və işlənilməsi ehtimalı mövcuddur».
XS
SM
MD
LG