Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:14

İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü


-
Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürmüş Qüdrət İsaqov sentyabrın 7-də İlham Əliyevin xeyrinə namizədliyindən imtina etdiyini açıqlayıb.

Avropa.info portalı bu barədə Qüdrət İsaqovun özünə istinadən məlumat yayıb.

Xəbər portalı onun bu barədə prezident İlham Əliyevə müraciətini dərc edib.
Müraciətdə deyilir:

«Seçki prosesində, seçkinin müşahidəsində və seçkinin nəticələrinin qiymətləndirilməsi prosesində daha aktiv iştirak etməklə Sizin rəsmi vəkiliniz, bu mümkün olmadığı təqdirdə Sizin aktiv təbliğatçınız olmaq istəyirəm. Xahiş edirəm mənə Sizin vəkiliniz və ya aktiv təbliğatçınız olmaq üçün maksimum imkanlar yaradılması üçün lazımi göstəriş verəsiniz!».

Qüdrət İsaqov 1950-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işçisidir.

İndiyədək 21 nəfər prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürüb. Onlardan 3-ü qeydiyyat üçün tələb olunan imzaları MSK-ya təqdim edərək rəsmi namizəd kimi qeydə alınıb.

Prezident seçkisi oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG