Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Sirus Təbrizli vəfat edib


-
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli sentyabrın 7-də Nabranda vəfat edib.

Həyat yoldaşı Rəfiqə Təbrizlinin AzadlıqRadiosuna dediyinə görə, səhhəti ilə bağlı heç bir şikayəti olmayıb:

«Heç bir şikayəti yox idi, elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi , gəzirdi. Biz iyul ayından Nabrandayıq. Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə... Sonuncu oxuduğu kitab Putin-lə bağlı idi – «Если бы я был русский царь…». Ölümü ilə də o, heç kimi incitmədi. Mayın 9-da 72 yaşı olacaqdı».

Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.

2 övladı var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG