Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Konqresmenlərin çoxu Suriyaya qarşı müharibənin əleyhinədir


-
ABŞ Konqresinin Nümayəndələr Palatasının əksər üzvləri ya Suriyaya qarşı hərbi əməliyyatlara dəstək verməyəcəyini bəyan edir, ya da bu qətnaməni imzalamaqdan yayınır.

«The Washington Post» qəzeti ilə «Associated Press» belə yazır.

«The Washington Post»un məlumatına görə, Palatanın 443 nümayəndəsindən 223-ü Suriyaya qarşı hərbi əməliyyatların əleyhinə olduğunu bildirib.

Qətnamənin qəbulu üçün minimum 217 səs tələb olunur.

ABŞ prezidenti Barack Obama ötən həftə Suriyaya zərbə endirilməsi ilə bağlı qərar qəbul edib. Prezident Konqresin hər iki palatasına bu məsələni səsverməyə çıxarmağı təklif edib.

«Associated Press»in yazdığına görə, Senatda səsvermənin gələn həftə keçiriləcəyi gözlənilir. Agentliyə görə, senatorlardan 34-ü qətnamənin lehinə, 32-si isə əleyhinə səs verəcəyini bəyan edib. Qalan 34 senator hələ ki, öz mövqeyini açıqlamayıb.

Nümayəndələr Palatasında səsvermənin nə vaxt keçiriləcəyi isə hələ məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG