Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00
-
Sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən hərbi hissəsində intihar etdiyi bildirilən əsgər İmran Şavəddinovun cənazəsi doğulduğu Ağdaş rayonuna gətirilib.

Atası Şöhrət Şavəddinovun AzadlıqRadiosuna dediyinə görə, hərbi hissədən onlara zəng edib oğlunun intihar etdiyini bildiriblər:

«Dedilər oğlun İmran Şavəddinov özünü asaraq öldürüb. Gətirib cənazəni təhvil verdilər. Zorakılıq əlamətləri yox idi. Amma müəmmalıdır - 5 ayın əsgəri özün niyə asmalıdır? Deyillər araşdırma aparılır. Heç maraqlanan da yoxdur».

İmran Şavəddinov 2013-cü il aprelin 11-də Ağdaş rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Bu, son bir həftədə Ağdaş rayonuna gətirilən ikinci əsgər cənazəsidir. Avqustun 31-də Müdafiə Nazirliyi Ağcabədidəki hərbi hissədə əsgər Tural Zamanovun leykoz xəstəliyindən vəfat etdiyi barədə xəbər yayıb.
XS
SM
MD
LG