Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:38

Lalə Şövkət: «Onlar şəxsiyyət və siyasətçi kimi Heydər Əliyevə tay ola bilməzlər»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
«AYDIN OLDU Kİ, RUSİYANIN LAYİHƏSİ ELƏ İNDİKİ HAKİMİYYƏTDİR»

«Bu vəziyyətdə Rusiya vətəndaşlığından çıxmağımın da bir əhəmiyyəti yoxdur».

Bunu «Media forum» saytına müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib:

«Aydın məsələdir ki, Rusiya seçkidə iştirakımı istəsəydi, məsələni istisna yolla həll edərdi. Proses əslində uzun çəkir. İyul ayında vahid namizəd kimi irəli sürüləndə, bütün imkanlarımdan istifadə edib məsələni tez həll etməyə çalışdım. Görünür, onların layihəsi deyiləm, problem həll olunmadı. Aydın oldu ki, Rusiyanın layihəsi elə indiki hakimiyyətdir. Mənə Azərbaycanda cinayət işi açılır, Milli Şuranı hansısa təxribat törətməkdə günahlandırırlar, bu vəziyyətdə heç Rusiya vətəndaşlığından çıxmağımın da bir əhəmiyyəti yoxdur. Sənədlərim oradadır, nə zaman istəsələr baxacaqlar».

«BUNLAR HEYDƏR ƏLİYEVİN SƏVİYYƏSİNƏ ÇATA BİLMƏZLƏR»

«Bunlar heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər».

Bunu Milli Şuradan uzaqlaşmasının səbəblərinə aydınlıq gətirən Liberal Partiyasının lideri Lalə Şövkət virtual.az saytına açıqlamasında deyib:
Lalə Şövkət
Lalə Şövkət

«Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirilərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu, tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb».

XƏSTƏLİKDƏN ÖLƏN HEYVANLARIN ƏTİ ORDUYA VERİLİR?

«Bizim Yol» qəzeti yazır ki, «xəstəlikdən ölən heyvanların əti Milli Orduya satılır».

Qəzet Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanovun APA TV-yə açıqlamasına istinad edərək belə yazır.

Qəzetin yazdığına görə, həmin müsahibəsində nazir müavini deyib ki, bu virus insanlara keçmir:
Foto: Arxiv
Foto: Arxiv

«Nazir və mən yerlərdə olmuşuq. 220 min baş mal-qaranı sağaltmaq mümkün olub. Biz bu ətdən yemişik, şəxsən mən, əsgərlərimiz yeyir, insanlar yeyir, birimizin öldüyünü eşitmisinizmi?...».

Qəzet yazır ki, ekspertlər nazir müavinin bu çıxışının ağır cinayət məsuliyyəti
daşıdığını qeyd edirlər.

MİLLİ ŞURADAN LONDONA KİMLƏR GEDƏCƏK?

«Yeni Müsavat» Milli Şura üzvlərindən yalnız 3 nəfərin Londona gedəcəyini yazır. Müsavat başqanı İsa Qəmbərlə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Londona getməyəcəklər:

«Səfərdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, vahid namizəd Cəmil Həsənli və Eldar namazov iştirak edəcək».

Milli Şuranın rəhbərliyinə dəvət Böyük Britaniya Kral İnstitutundan gəlib.

İLHAM ƏLİYEV: «1991-1993-CÜ İLLƏR BİZİM QARA SƏHİFƏMİZDİR»

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Lənkəran Gənclər Mərkəzinin açılışında etdiyi çıxışını dərc edib:
İlham Əliyev
İlham Əliyev

«1991-1993-cü illər bizim qara səhifəmizdir. Əfsuslar olsun ki, ovaxtkı rəhbərlik müstəqillik şansından istifadə edə bilmədi və biz iki il itirdik. Torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Ölkədə xoşagəlməz proseslər baş verdi. Ancaq 1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyə qayıtmasından sonra xoşagəlməz halların qarşısı alındı və Azərbaycan sürətlə inkişaf etməyə başladı».

BUNDAN SONRA SÜRÜCÜLƏR YOL POLİSİNİ ALDADA BİLMƏYƏCƏK

«Exo» qəzeti yazır ki, sürət həddini aşma nəticəsində baş verən qəzaların qarşısını almaq üçün yollara xüsusi avadanlıqların quraşdırılmasına başlanılıb:

«Sürücü kamera qarşısında sürəti azaldıb, sonra sürəti artırıb hərəkət edəcəksə, bu, müəyyən ediləcək və sürücü sürət həddini aşdığına görə cərimə olunacaq».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG