Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30

Böyük 20-lər ölkələrinin sammitində yekun bəyannamə qəbul edilib


Vladimir Putin və Barack Obama

Vladimir Putin və Barack Obama

Böyük 20-lər ölkələrinin Sankt-Peterburq sammitində yekun bəyannamə qəbul edilib. Rusiya prezidenti Vladimir Putin sammitin yekununda bildirib ki, böyük 20-lərin əsas prioriteti olan 5 məsələdən ibarət inkişaf strategiyası qəbul edilib.

Söhbət ərzaq təhlükəsialiyinin təmin edilməsi, maliyyə xidmətlərinə çıxışın artırılması,müasir infrastruktur yaradılması, insan kapitalının inkişafı və inkişaf edən ölkələrdə daxili resursların səfərbər edilməsindən gedir.

Liderlər ilin sonunadək maliyyə hesabatı ilə bağlı vahid standartlar yaradılmasını vəd ediblər.

Bəyannamədə Suriya məsələsinə toxunulmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG