Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32

“Bulla-Dəniz” yatağında bərpa işləri plan üzrə gedir


Bulla-Dəniz yatağında yanğın

Bulla-Dəniz yatağında yanğın

“Bulla-Dəniz” yatağında baş verən qəzanın aradan qaldırılması istiqamətində işlər plan üzrə davam etdirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına görə, qəzanın baş verdiyi meydançanın şimal hissəsi yanğınsöndürmə gəmilərinin dəstəyi və “Zülfü Hacıyev” kran gəmisi vasitəsi ilə artıq əşyalardan təmizlənib.

Artıq qəzanı aradan qaldırmaq üçün tələb olunan avadanlıqlar gətirilib, “Qurban Abbasov” kran gəmisinə yüklənib. Lazımi su nasosları isə yedək gəmisinə quraşdırılıb.

Məlumatda deyilir ki, hazırda fontanın ram edilməsində istifadə olunacaq atqıya qarşı avadanlığın yoxlanması və sazlanması işləri gedir.Bundan başqa ARDNŞ-nin Ekologiya İdarəsi qəzanın baş verdiyi quyunun ətrafında ətraf mühitin monitorinqini keçirib.

Hazırda Kompleks Tədqiqatlar Laboratoriyasında götürülmüş nümunələr araşdırılır.
Monitorinq zamanı dəniz səthində neft və kondensat ləkələri müşahidə edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG