Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:02

Rusiya Suriyanı müdafiə edəcəyini bəyan edib


Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin Suriyaya hərbi müdaxilə ediləcəyi halda Rusiyanın bu ölkəyə kömək edəcəyini bildirib.

O belə bir bəyanatla böyük 20-lər ölkələrinin Sankt-Peterbur sammitinin sonunda keçirilən mətbuat konfransında çıxış edib.

Putin qeyd edib ki, Suriyaya hərbi müdaxiləni dəstəkləyən ölkələrin əhalisi bizim tərəfimizdədir.

Mətindən bəlli olur ki, Putin ABŞ, Kanada, Fransa, Türkiyə və Səudiyyə Ərəbistanının adını çəkir.

Bu barədə İnterfax və digər agentliklər xəbər verirlər.

Putin sammit çərçivəsində bu məsələni ABŞ prezidenti Barack Obama ilə müzakirə etdiyini , amma ümumi mövqeə gələ bilmədiklərini deyib. O qeyd edib ki, Rusiya, Çin, Hindistan, İndoneziya, Argentina, Braziliya, Cənubi Afrika Respublikası və İtaliya Suriyaya hərbi müdaxilənin əleyhinədilər.Putin bir daha Suriya rejiminin kimyəvi silah işlətməsi ilə bağlı iddiaların yaraqlıların təxribatı olduğunu bildirib.

Suriyanı kimyəvi silah işlətməkdə günahlandıran ABŞ Bashar Assad rejiminə hərbi müdaxilə edilməsini təkid edir.
XS
SM
MD
LG