Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:11
Azərbaycanın milli futbol komandası 2014-cü il dünya çempinatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də səfərdə İsrail yığması ilə qarşılaşacaq.

Baş məşqçisi Berti Vogts sentyabrın 6-da mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, o İsraildə müdafiə futbolu oynamayacaqlarını deyib.

" İsrail yığması güclü komandadır. Amma futbolçularıma inanıram. Rəqibin güclü hücumçuları var. Məhz buna görə, Rəşad Sadıqovdan çox şey asılı olacaq.
Mahir Şükürovdan isə təkcə hücumda yox, müdafiədə də fəallıq gözləyirəm. Kamran Bakıdakı oyunda yol verdiyi səhvi təkrarlamamalıdır.
Biz Burada müdafiə futbolu oynamaq fikrində deyilik. Sabahkı oyunda bizim də şansımız var".

Günün bütün mövzuları

XS
SM
MD
LG