Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:29

Birinci ledini Instagram-da söyürlər


Screenshot of Asma
Screenshot of Asma
Suriyaya hərbi zərbə endirilməsinin müzakirə edildiyi bir vaxtda Suriya prezidenti Bashar al-Assadin xanımı Asma İnstagram sosial şəbəkəsində paylaşdığı fotolarla böyük mübahisə doğurub. İnstagramda prezidentin rəsmi ünvanında Asma Assad uşaqlara yemək bişirərkən, onlarla oynayarkən və ya şorba çəkərkən yerləşdirdiyi fotolar var.



Ancaq şəkillərin altında şərhlərini bölüşənlərin heç də hamısı prezident ailəsinin uşaqlarla çəkdirdiyi şəkilləri birmənalı qəbul etmir.
Bəziləri prezidentin xanımına uzun ömür arzulayıb, gözəlliyini tərənnüm edir. Ancaq əksəriyyəti – ingilis, türk və ərəb dillərində yazdıqları mesajlarla Assad rejiminin cinayətlərini vurğulayır, onun apadığı müharibədə minlərlə uşağın ölümü qeyd olunur, uşaqlara qarşı kimyəvi silah tətbiq vurğulanır..

Mesajların çoxu təhqiramiz ifadələr olduğundan cap olunası deyil. Ancaq təhqiramiz ifadələri nöqtələrlə “....” əvəzləyəndə belə mesajlar var.



Məsələn, Asmanın uşaqlara şorba çəkdiyi fotoyla bağlı İstagramda elə Suriya prezidentinin xanımı kimi Britaniya vətəndaşı olan birisi yazır:

- “Mərc gəlirəm ki sən …. o uşağı sonra zəhərli qazla öldürmüsən, ya da elə yeməyinə zəhər qatmısan. Əgər sənin hələ Britaniya vətəndaşlığını almayıblarsa, onda eyni ölkənin vətəndaşı olmağımdan utanıram. Əgər nə vaxtsa bura dönsən … bir qutuda yaşayacaqsan, cəhənnəmdə yanacaqsan…”

Eyni şəklin şərhində başqa biri yazır:

- “Bunu etmək vicdan əzabını azaldır?



İnstagramdakı başqa bir şəkildə Asma idman zalında əlil uşaqlaa basketbol topunu fırlatmağa hazırlaşır. Bu şəklin yanında istifadəçilər yazır ki:

- “Anladım. Uşaqları qazla öldürməzdən əvvəl onların şəklini çap edirsən ki, yaddan çıxmasınlar. Necə də qayğıkeşsən”.

- “Öldürdüyün uşaqların da şəklini çap elə də, Bashar El Killer!”

- “Bu şəkillərə baxanda heç olmasa qazla öldürdüyün uşaqlar yadına düşür?”

- “Bir gün sənin də başını top kimi küçədə dığırladacaqlar”.


Asma Assadin İnstagram hesabı ABŞ-da yaradılmış "İnstagramın diktatorları" saytına da düşüb. Bu saytda Çeçenistan prezidenti Ramzan Kadyrov, İranın ruhani lideri Ayatollah Ali Khamenei, Özbəkistan prezidentinin qızı Gulnara Karimovanın da profilləri var.

Asma Assadin şəkillərinin yerləşdirilməsindən sonra bir İnstagram istifadəçisi Gerçək Suriya prezidenti adlı hesab da yaradıb. Həmin hesabda Suriyada müharibədə öldürülən uşaqların şəkillərini yerləşdirilir.

Asma və Bashar al-Assad Parisdə restoranda, 2010
Asma və Bashar al-Assad Parisdə restoranda, 2010
İnstagram şəkilləri Britaniyada doğulan Suriyanın Birinci ledisi haqda ilk mübahisəli PR deyil. 2011-ci ilin əvvəlində ABŞ-ın “Voque” jurnalında da Asma Assadin necə incə, zövqlü və cazibədar olması haqda “Səhradakı Qızılgül” adlı məqalə dərc edilmişdi. Ancaq bir neçə ay sonra Assad rejimi etirazçıları qırmağa başlayanda jurnalın redaktorları utandıqlarından həmin məqaləni internet saytlarından yığışdırmışdılar.

Sonradan bəlli oldu ki, bu məqalənin dərc olunması üçün Suriya hökuməti ABŞ-da bir lobbiçi şirkətə uzun müddət aylıq pul ödəyirmiş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG