Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54
-
Böyük Britaniyanın Azərbaycana yeni təyin etmilmiş səfiri İrfan Siddiq Bakıya gəlib.

Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfir Azərbaycan prezidenti İlham Əliyevə öz etimadnamələrini təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.
İrfan Siddiq 1998-ci ildən Britaniyanın XİN-də çalışır. O, diplomat kimi Hindistan, Misir, Suriya, İraq və ABŞ-da fəaliyyət göstərib. Keçmiş xarici işlər nazirləri Jack Straw və Margaret Beckettin şəxsi katibi olub.
Xatırladaq ki, yeni səfir bu vəzifədə Piter Beytmanı əvəz edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG