Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07
Böyük 20-lər ölkələrinin liderləri Sankt-Peterburq sammitində şam yeməyi zamanı Suriya məsələsində bir araya gələ bilməyiblər.

ABŞ prezidenti Barack Obama Suriya rejiminə qarşı hərbi müdaxilə edilməsini təkid edir.Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Suriyaya istənilən müdaxilə BMT-nin razılığı ilə olmalıdır.

ABŞ-ın BMT-ki daimi nümayəndəsi Samanta Pauer dünən Rusiyanı Suriya ilə bağlı qərarları əngəlləməklə , təhlükəsialik şurasını girov saxlamaqda günahlandırıb.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bu gün Vilnüsdə keçirdiyi mətbuat konfransında beynəlxalq aləmi Suriya məsələsində bir araya gəlməyə çağırıb.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini Dəməşq ətrafında gedən döyüşlərdə kimyəvi silah işlətməkdə günahlandırır və buna sübutlar olduğunu deyirlər.

Amma Rusiya bu sübutları ciddi şübhə altında qoyur. Həmçinin Çin Suriyaya qarşı hərbi müdaxilənin əleyhinədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG