Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

Əli Əhmədov: «İlham Əliyevin özünü təbliğ etməsinə ehtiyac yoxdur»


Əli Əhmədov

Əli Əhmədov

-
«Seçki kampaniyası dövründə İlham Əliyevin özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur. Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var».
Bunu YAP-ln icra katibi Əli Əhmədov deyib. Məlumatı yap.org.az saytı yayıb.
Əli Əhmədov deyib ki, «Prezident İlham Əliyev o dövlət başçılarındandır ki, xalqa təmas onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Vətəndaşlarla sıx ünsiyyət İlham Əliyev üçün seçki elementi deyil, idarəçilik üslubudu».
YAP icra katibi İlham Əliyevin 10 il ərzində Azərbaycanın bölgələrinə 300 dəfədən çox səfər etdiyini bildirib:
«Təkcə belə bir faktı deyə bilərəm ki, 10 il ərzində İlham Əliyev 300 dəfədən çox Azərbaycanın bölgələrinə səfər edib. Bu isə orta hesabla hər ildə 30-dan çox səfər deməkdir. Bakıda keçirilən çoxsaylı görüşləri də əlavə etsək daha böyük rəqəm alınır. Deməli, cənab Prezident daim xalqın arasında, xalqla bir yerdə olub. Həm onların həyatı ilə maraqlanıb, həm də özünün ölkəmizin gələcəyi ilə bağlı planlarını, başqa sözlə ifadə etsək, seçki proqramını xalqa çatdırıb. Xalqla daim və yaxın ünsiyyət İlham Əliyevin iş prinsipidir. Son 5 il ərzində bu ünsiyyət heç zaman fasilə verməyib. İndi, seçki kampaniyası dövründə onun özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur. Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var. Qoy onlar şəxsən təbliğatları ilə məşğul olsunlar».
Əli Əhmədov onu da deyib ki, prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə ehtiyac yoxdur:
«Cənab İlham Əliyevin seçki təbliğatı kampaniyası onun gördüyü və hamıya yaxşı bəlli olan işləridir. Yeniləşən, gözəlləşən Azərbaycan».
Əli Əhmədovun sözlərinə görə, prezidentin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə əslində ehtiyac qalmır:
«Prezidentin iş qrafikində seçki ilə əlaqədar dəyişikliklər edilməsi nəzərdə tutulmur. Seçki kampaniyasına gəldikdə isə, bu işi böyük həvəslə Yeni Azərbaycan Partiyasının çoxsaylı üzvləri və prezidentin çoxsaylı tərəfdaşları yerinə yetirəcək. Mən sizi əmin edirəm ki, həmişə olduğu kimi, Prezident İlham Əliyevin seçki kampaniyası yüksək fəallıq şəraitində keçəcək. Xalqın böyük əksəriyyətinin dəstəyi və cənab İlham Əliyevə olan dərin inamı seçki kampaniyasının ən mühüm üstünlüyü kimi yadda qalacaq».

Şərhləri göstər

XS
SM
MD
LG