Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:36

E.Rüstəmov: Azərbaycan Mərkəzi Bankı yeni ipoteka proqramı hazırlayıb


Mərkəzi Bankın sədri Elman Rüstəmov

Mərkəzi Bankın sədri Elman Rüstəmov

-
Azərbaycan Mərkəzi Bankı (AMB) yeni ipoteka proqramı hazırlayıb. Proqram yaxın vaxtlarda hökumətə təqdim edəcək.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov deyib ki, “biz sosial ipotekanın əhatəsini genişləndirməyi təklif edirik. Burada ən vacib məsələ sosial ipoteka şərtləri ilə əldə ediləcək evin, həmçinin onun təmirinin dəyəridir. Bu problem faiz dərəcələri və ilkin ödəniş məsələlərindən daha əhəmiyyətlidir. Beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstanın təcrübəsinə uyğun olaraq, biz özəl sektorla dövlətin tərəfdaşlığı əsasında qənaətli və rahat evlərin tikintisini sosial ipotekanın genişləndirilməsi ilə əlaqələndirməyi təklif edirik".
Mərkəzi Bankın sədrinin sözlərinə görə, sosial ipoteka üzrə yeni proqramın əsas hədəfi əhalinin şəxsi yığımları hesabına ipotekaya avtomatik çıxışını təmin etməkdir: "Bu tikinti-əmanət banklarının alman modelidir. Bizim qanun layihəmiz hazırdır və strategiyaya daxil edilib. Belə ipotekanın şərtləri sosial ipotekanın şərtlərindən yüngül olmalıdır".

Günün bütün mövzuları

XS
SM
MD
LG