Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Ermənistan Silahlı Qüvvələri təlimlərə başlayıb


-
Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən hərbi hissələri genişmiqyaslı operativ-taktiki təlimlər keçirirlər.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat verib.
Təlimlər 7 gün davam edəcək. Təlimlərdə bütün qoşun növlərinin bölmələri iştirak edir.
Təlimlər Baş Qərargah rəisi Yuri Xaçaturovun rəhbərliyi ilə keçirilir. Sentyabrın 4-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan təlim zonasına baş çəkib.
Təlimlərə hazırlıq sentyabrın 3-dən başlayıb.
Hələlik Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təlimlərini şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG