Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

“Arşın mal alan” Los Anceles səhnəsində


-
Sentyabrın 7-də “Arşın mal alan” operettası Los Anceles şəhərində səhnəyə qoyulacaq.
Operetta Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Dövlət Neft Şirkətinin sponsorluğu ilə səhnələşdiriləcək.
Xəbəri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu yayıb.
Tamaşa “Arşın mal alan” operettasının 100 illik yubileyinə həsr olunub.
“Arşın mal alan” dünyanın ən böyük və məşhur opera teatrlarından olan, Los Ancelesin Dorothy Chandler Pavilion opera teatrında oynanılacaq.
Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Michael Schnackdır. Rolları ABŞ-ın tanınmış opera müğənniləri ifa edəcək. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq.
Tamaşanın reklamı üçün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu internet səhifəsi yaradıb, video-çarx hazırlanaraq Los Anceles telekanallarında nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG