Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:51

İlham Əliyevin səfərləri, Cəmil Həsənlinin Rusiya münasibəti...


-
Sentyabrın 6-da dərc olunan qəzetlərin icmalı
Əliyevlərin Rəsulzadə qısqanclığı
“Azadlıq” qəzeti yazır ki, bu günlərdə prezident İlham Əliyev Saatlıdakı Bayraq Meydanı ərazisində yaradılan Bayraq Muzeyinin açılışında iştirak edib. Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. O biri bölmədə Dədə Qorqud, Aristotel, Şah İsmayıl Xətai, Şeyx Məhəmməd Xiyabani, Hüseyn Cavid və Mikayıl Müşfiqin dövlət, dövlətçilik, bayraq haqqında kəlamları yer alıb.
İlham Əliyev görüş zamanı
İlham Əliyev görüş zamanı
Qəzet yazır ki, muzeyin açılışı olsa da, muzey hələ açıq deyil. “Muzeyin gözətçisi bizə bildirdi ki, muzeyə hələ işçilər təyin olunmadığından açılmır.
Qəzetə görə, ən rüsvayçı cəhət isə ondan ibarətdir ki, muzey bayrağa aid olsa da, muzeyi tikənlər Azərbaycanın üç rəngli bayrağını ərsəyə gətirən iki böyük şəxsiyyəti - Məhəmməd Əmin Rəsulzadə və Əli bəy Hüseynzadəni “unudub”.
Əlbəttə, burada unutqanlıqdan söhbət gedə bilməz. M.Ə.Rəsulzadəyə bu münasibət Əliyevlərin siyasi qərəzindən qaynaqlanır”.
“Bütün qonşularla normal münasibət qurulmalıdır”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli “Yeni Müsavat” qəzetinə bildirib ki, Milli Şura yalnız seçki üçün nəzərdə tutulmayıb. “Seçkilər qələbə ilə nəticələnsə belə, Milli Şura yaşamalıdır. Ona görə ki, qarşıda görüləcək çox işlər var. Ziyalılar Forumu ilə Milli Şura arasında fərq var”.
Cəmil Həsənli
Cəmil Həsənli
Azərbaycanın qonşuları ilə münasibət haqqında isə deyib ki, qonşularla münasibətlər nə qədər yaxşı olsa bir o qədər xeyirlidir. “Rusiya dünya güclərindən biridir. Nəzərə almaq lazımdır ki, Rusiyada prezident Putinin elan etdiyi kimi, 2 milyon azərbaycanlı yaşayır. Bu 2 milyon azərbaycanlının təxminən 1 milyon yarıma qədəri Azərbaycan qeydiyyatında olan şəxslərdir. Rusiyada iş, çörək, dolanışıq tapan o insanlar öz ölkəsində niyə o çörəyi tapa bilmir? Əgər Rusiya bu 2 milyon insana normal həyat şəraiti yaradıbsa, bunun üçün təşəkkür eləmək lazımdır. Biz reallığı etiraf etməyi bacarmalıyıq”.
Əli İnsanov şikayət edir...
“Bizim yol” qəzeti yazır ki, Əli İnsanov haqqında Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə, Ali Məhkəmədən Avropa Şurası Nazirlər Kabinetinə şikayət edəcək.
Əli İnsanov
Əli İnsanov
​Bu haqda qəzetə açıqlamasında Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. "Avropa İnsan Haqıları Məhkəməsinin 14 iyun 2013-cü il tarixində qüvvəyə minmiş qərarını icra etmədiyinə görə, Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayev və Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib. Bu barədə informasiya mətbuatda dərc edildikdən sonra 02 sentyabr 2013-cü il tarixində Ali Məhkəmənin hakimi Vafəddin İbayevin imzası ilə Əli İnsanovun müdafiəçilərinə məktub daxil olub. Qanunvericiliyin tələblərinin kobud təhrif edildiyi məktubda göstərilir ki, guya Əli İnsanov barədə Avropa Məhkəməsinin çıxardığı rəsmi qərar və qərarın rəsmi tərcüməsi Ali Məhkəməyə daxil olmayıb. Məktubda həmçinin vurğulanır ki, rəsmi qərar Ali Məhkəməyə daxil olduqdan sonra müraciət həll ediləcək”.
“Azərbaycanda demokratik inkişafın milli modeli formalaşıb”
“Yeni Azərbaycan” qəzeti yazır ki, “prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Bakıda güləşin yay olimpiya oyunlarından çıxarılmasına etiraz edilib
İdmançılar
İdmançılar
Turan agentliyi yazır ki, Bakıda “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” şüarı ilə aksiya keçirilib. İdmançılar Yay Olimpiya Oyunlarından güləş növünün çıxarılmasına etiraz edib. Aksiyada Azərbaycanın Olimpiya Komitəsinin, Güləş Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, güləş üzrə dünya, olimpiya və Avropa çempionları iştirak edib. Aksiyada Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə və İcraiyyə Komitəsinə müraciət oxunub. “Güləş idman növünün olimpiya oyunları sırasından çıxarılması barədə xəbər Azərbaycan idmançılarını məyus edib. Məsələyə yenidən baxılmasını və güləşin olimpiya oyunlarından çıxarılmaması barədə qərar verməyinizi xahiş edirik. Güləş dünyanın bir çox xalqlarının milli ənənəsidir”, sənəddə qeyd edilir. Azərbaycanın güləş üzrə dünya və Avropa çempionu Xəzər İsayev Amerikanın Səsinə bildirib ki, güləş olimpiya oyunlarından çıxarılarsa Azərbaycan idmançıları bütün mükafatlarından imtina edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG