Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Facebookda həssas məsələ: vətəndaş nikahı- [Video]


-

FBS

Facebook-dan birbaşa şərh yaz
Vətəndaş nikahı, yoxsa ənənəvi nikah? Sosial şəbəkədə nikahdan kənar əlaqələr barədə yazılan status ətrafında müzakirə, hətta söz davası günlərlə çəkir.
Vətəndaş nikahları Azərbaycan cəmiyyətində necə qarşılanır?
Azadlıq FM-də müzakirə!
Verilişin sualı: Vətəndaş nikahı əxlaqi məsələdi, ya zamanın tələbi?

Yazar Günel Mövlud:
- Vətəndaş nikahlarının vacibliyi, azad seks barədə yazılarım dəfələrlə olub. Bu yazılara əvvəl daha çox təhqir reaksiyaları olurdusa, artıq yaradıcı cavablar olur. Məsələn, mənim barədə yaradılan, yotube-da yayılan animasiya buna sübutdur.
- Azərbaycanda el adəti ilə də ərə gedib, rəsmi nikahı olmayan və sonradan ayrılıb uşağı ilə ortada qalan qadınlar var.
- Sosial şəbəkələr yaranmazdan əvvəl intim münasibətlərdən bəhs edən qəzetlər, jurnallar vardı. Artıq sosial şəbəkələrdə intim səhifələr var ki, bu səhifələrdə qız və oğlanlar tanış olurlar. Ailədə bu tip mövzuların müzakirəsi mümkün olmadığından, sosial şəbəkələrdə bəzən insanlar öz kimliyini gizlədərək asanlıqla müzakirələrə qoşulurlar.
- Bizim cəmiyyətdə münasibət qızlar üçün deyil, sanki təkcə oğlanlar üçündür. Ona görə də, oğlan qızı əldə etmək üçün diqqət, pul sərf etməlidir.
Jurnalist Günay Muradlı:
- Azərbaycanda azad seksi təbliğ edən kişilər sonradan qadının məsuliyyətindən imtina edirlər. qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı yetərincədir.
- Bizim ölkədə rəsmi nikah qadını heç nədən müdafiə etmir. Rəsmi nikah sadəcə qadının qorxusudur. Heç cür maddi gücü olmayan qadın üçün rəsmi nigah vacibdir.
- İnsanları qıcıqlandıran yazarın oxucuya nəsə öyrətmək istəyidir. Bir nəfər eyni mövzudan dəfələrlə yazanda düşünülür ki, onun bu məsələylə bağlı problemləri var. Ona görə də, yazarın nə dərəcədə səmimi olmağı əsas məsələdir.

Verlişi tam dinləmək üçün:
XS
SM
MD
LG