Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:52

İranın nüvə proqramı ilə bağlı danışıqları xarici işlər nazirliyi aparacaq


 Hassan Rohani
Hassan Rohani
İranın nüvə proqramını aparıcı dünya ölkələri ilə xarici işlər nazirliyi müzakirə edəcək.

Bu barədə cümə axşamı İran prezidenti Hassan Rohaninin rəsmi saytında yayılmış məlumatda bildirilir.

Bundan əvvəl danışıqları Ali Milli Təhlükəsialik Şurası aparırdı. Amma indən belə bununla daha çox hökumətin məşğul olacağı bildirilir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə ttulduğunu deyir.
XS
SM
MD
LG