Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Avropa Parlamentinin Azərbaycana müşahidəçilər göndərməsi sentyabrın 12-də bilinəcək


-
Avropa Parlamenti Azərbaycanda prezident seçkisini izləmək üçün müşahidə missiyası göndərməyə dair qərarı sentyabrın 12-də qəbul edəcək.

Avropa Parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, AP Prezidentlər Konfransı ilin ikinci yarısında seçkilərin müşahidə olunacağı ölkələrin siyahısını hazırlayıb. Bu siyahıda Azərbaycan, Gürcüstan, Honduras, Nepal və Tacikistan da var. Bu ölkələrə müşahidə missiyasının göndərilib-göndərilməyəcəyi barədə qərar sonra fərdi şəkildə qəbul olunacaq.

Azərbaycanla bağlı qərarın sentyabrın 12-də veriləcəyi gözlənilir.

Oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG