Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Fərhad Əliyev və qardaşı əfv ərizəsi yazıb


-
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və qardaşı – «Azpetrol» şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev həbsxanadan prezident İlham Əliyevə əfv olunmaları üçün müraciət ünvanlayıblar.

Bu barədə AzadlıqRadiosuna Fərhad Əliyevin vəkili Elton Quliyev məlumat verib.

Onun dediyinə görə, Fərhad və Rafiq Əliyevlərdən başqa, anaları Şövkət Əliyeva da əfv üçün dövlət başçına müraciət edib.

Bu ilin avqustunda Fərhad Əliyevin adından onun 9 oktyabr prezident seçkisində İlham Əliyevi dəstəkləyəcəyi barədə bəyanat yayılmışdı.

2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Fərhad və Rafiq Əliyev qardaşları sonradan iqtisadi cinayətlərdə təqsirli biliniblər. Məhkəmə əmlakları müsadirə olunmaqla F.Əliyevi 10, R.Əliyev isə 9 il azadlıqdan məhrum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG