Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:43

Bakı Apellyasiya Məhkəməsi «Nida»çıları həbsdə saxladı...


-
Sentyabrın 5-də Bakı Apellyasiya Məhkəməsi «Nida» Vətəndaş Hərəkatı üzvləri Rəşad HəsənovBəxtiyar Quliyevin həbs müddətinin uzadılmasından verilən şikayətə baxıb. Nəsimi rayon Məhkəməsinin avqustun 28-də həbs müddətinin 3 ay uzadılması haqda qərarını qüvvədə saxlayıb.

«Nida»çıların özləri də məhkəmədə iştirak ediblər.

Vəkil Əshabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, məhkəmə vəsatətlərin heç birini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb:

«Rəşad Həsənovun həbsindən şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Biz həbs müddətinin uzadılması barədə qərardan da şikayət edəcəyik».

Bəxtiyar Quliyev martın 8-də, Rəşad Həsənov martın 14-də həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi gəncləri qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə günahlandırır.

Ümumilikdə 7 «Nida» üzvü həbsdədir. Onlar martın 10-da «Əsgər ölümünə son» aksiyasında istifadə üçün «Molotov kokteyli» hazırlamaqda ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG