Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

Nizami Gəncəvi əlyazmalarının sərgisi və onun haqqında yazılan kitabın təqdimatı olub


Nizami Gəncəvinin Romada heykəli

Nizami Gəncəvinin Romada heykəli

-
Sentyabrın 5-də Bakıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə gələn il keçiriləcək «Birgə Cəmiyyətlər -2014» Forumuna hazırlıq məqsədilə «Ali səviyyəli görüş» öz işinə başlayıb.

Mədəniyyət və Turizm İdarəsinin bildirdiyinə görə, görüş çərçivəsində sentyabrın 4-də «Four Seasons» otelində böyük Azərbaycan şairi Nizami Gəncəvinin orijinal əlyazmalarından ibarət sərgisi, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldinin N.Gəncəviyə həsr etdiyi «Böyük mütəfəkkirin poeziyası» kitabının və DVD mühazirənin təqdimatı olub.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Sentyabrın 6-dək davam edəcək və bir sıra nüfuzlu qurumların təmsilçilərinin qatıldığı «Ali səviyyəli görüş»də «Minillik İnkişaf Proqramı-2015», «Dinlərarası anlaşma», «Qadınların cəmiyyətdə rolu və Cənubi Qafqaz regionunda münaqişələr» mövzularında müzakirələr aparılacaq.
XS
SM
MD
LG