Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

“Bulla-dəniz” yatağında yanğının söndürülməsi davam edir


-

“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər davam etdirilir.

Meydançanın cənub hissəsi yanğınsöndürmə və Z.Hacıyev kran gəmisi vasitəsi ilə artıq əşyalardan tam təmizlənib. Meydançanın digər sahələrinin də təmizlənməsi və qəza-ləğvetmə işlərinin sonrakı ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır.

Paralel olaraq ARDNŞ-nin və ABŞ-ın “Halliburton” şirkətinin “BOOTS & COOTS” servis xidməti mütəxəssislərinin quyuda qaz təzahürünün aradan qaldırılması və quyunun bağlanması üçün Xəzər Dəniz Neft Donanmasına məxsus “Qurban Abbasov” kran gəmisində zəruri avadanlıqların quraşdırılması da davam etdirilir.


Xüsusi cihazlar vasitəsi ilə ölçülüb ki, quyudan çıxan qazın təqribən 2,5-3 milyon m3/gün həcmində olması müəyyənləşib.

İqtisadçı Qubad İbadoğlu öz facebook hesabında yazıb ki, hər gün daxili qiymətlərlə 6 milyon manatlıq, dünya bazar qiymətlərilə isə 16,5 milyon dollarlıq qaz yanır. İqtisadçı hesablamalarına görə ümumlikdə yanğın nəticəsində 247 milyon dollarlıq ziyan dəyib.

Avqustun 18-nə keçən gecə Xəzərin Azərbaycan sektorunda Bulla-Dəniz qaz-kondensat yatağında yanğın başlayıb. Yandığının söndürülməsi hələki mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG