Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:38

R. Morningstar: «Hansı namizədi dəstəkləmək Azərbaycan xalqının qərarı olmalıdır»


-
«Biz əvvəllər də demişik və təkrar edirik ki, Azərbaycanda əsas görmək istədiyimiz ədalətli seçkilərdir. Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı görmək istədiyi prezidentə səs verəcək və öz hüququndan istifadə edəcək».
Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
O bildirib ki, avqustun 5-də azad və ədalətli seçkinin nədən ibarət olmasına dair bir bəyanatla çıxış ediblər və həmin bəyanatın üzərində də dayanırlar.
Müxalifət nümayəndələri ilə görüşlərə də münasibət bildirən səfir deyib ki, diplomat bütün namizədlərlə danışa bilər:
«Eyni zamanda vacibdir ki, diplomat hər hansı bir namizədi xüsusilə dəstəkləməli və ona qarşı getməli deyil. Çünki bu məhz Azərbaycan xalqının qərarı olmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG