Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

Sankt-Peterburgda böyük 20-lər ölkələrinin sammiti başlayır


Foto arxiv
Foto arxiv
Bu gün Sankt-Peterburgda böyük 20-lər ölkələrinin sammiti başlanıb.

Sammitdə qiymətlərin qalxması, ticarət, bank sisteminin şəffaf olması və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində razılaşma imzalana bilər.

Suriya məsələsi sammitin gündəliyinə salınmayıb.Amma bu məsələ yüksək səlahiyyətli rəsmilər arasında ayrıca müzakirə oluna bilər.

ABŞ Suriya rejimini kimyəvi silah işlətməkdə günahlandırır və buna sübutlar olduğunu deyir. Amma Rusiya bu sübutları ciddi şübhə altında qoyur.

Obama sammit ərəfəsində Putinin mövqeinin dəyişəcəyinə ümidlə yanaşdığını deyib.

Qeyd edək ki, ABŞ və bir sıra qərb ölkələri Suriyaya həbi müdaxilə edilməsini istəyirlər.

Samit çərçivəsində ABŞ və Rusiya prezidentlərinin ayrıca görüşü olmayacaq. Buna səbəb Rusiyanın bu yaxınlarda ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snowdenə siyasi sığınacaq verməsi oldu.
XS
SM
MD
LG