Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:41

İlham Əliyevin 10 faizindən kim nə qəzanacaq?


10 fazilik artımı çörəyə və ətə çevirəndə

10 fazilik artımı çörəyə və ətə çevirəndə

.

10 FAİZLƏRLƏ SEÇKİ TƏBLİĞATI?
Prezident İlham Əliyev avqustun son 10 günlüyündə dövlət büdcəsindən əhalinin müxtəlif təqəbələrinə verilən maaşlar, pensiyalar, təqaüdlər və başqa social ödənişlərin 10 faiz artrırılması barədə sərəncamlar imzalayıb.

Sərəncamların sayı 20-ə yaxındır və müxtəlif günlərdə elan edilib. Bu məqamı yerli təhlilçilərin çoxu özü də prezidentliyə namizəd olan İlham Əliyevin oktyabrın 9-da keçirilən prezident seçkisində təbliğat kampaniyasının tərkib hissəsi adlandırırlar.

İqtisadçılar arasında isə indidən belə maaş artımlarının inflyasiyaya səbəb ola olacağı və əslində əhalinin 10 faiz artan maaşın əvəvzində qiymət artımı ilə daha çox ziyana düşə biləcəyi barədə ehtimallar səslənir.

KİM EVİNƏ NƏ APARACAQ?
Sentyabrın sonunda Azərbaycanda xüsusi rütbəli polis əməkdaşı 52 manat, məcburi köçkün yemək pulu üçün 1 manat 65 qəpik daha artıq alacaq. Yəni, polis əməkdaşı oktyabrdan başlayaraq evinə indiki qiymətlə hər ay 5 kq. qoyun əti, 23 ədəd zavod çörəyi daha çox apara biləcək.

Məcburi köçkünlər üçün artırılan pula, yəni, 1 manat 65 qəpiyə isə ət ala bilməyəcək, amma əvvəlki aya baxanda 5 ədəd çox çörək ala biləcək.


Sentyabrın sonunda 10 faiz artımdan sonra müxtəlif əhali qrupları üzrə maaş, təqaüd, sosial ödənişlərin artım mənzərəsi aşağıdakı kimidir:



POLİSİN 10 FAİZİ 52 MANAT,
KÖÇKÜNÜN 10 FAİZİ 1 MANAT 65 QƏPİK...
Bu ehtimallar bir yana, əslində prezident kimin maaşını nə qədər qaldırıb?

Sərəncamları araşdırıb əhalinin nisbətən daha çox kəsimlərini əhatə edən 11 qrupun sentyabra qədər və artımdan sonra – okyabrdan sonra nə qədər alacaqlarını öyrəndik.

Diqqətlə araşdıranda bəlli olur ki, Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşları və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları hamıdan daha çox artacaq.

Çünki bu artıma qədər onların orta aylıq maaşları onsuz da bir neçə dəfə qaldırılmışdı və təxmini hesablamalara görə sentyara qədər belə işçilərin baza əməkhaqları 520 manat idi. (maaşdan savayı başqa qanuni ödənişlər nəzərə alınmadan – red.) 10 faiz artanda isə sentyabrın sonunda belə polis əməkdaşları əvvəlki aydan 52 manat daha çox maaş alırlar. Bu 52 manata isə polis əməkdaşı indiki qiymətlə evinə əvvəlki aya baxanda 5 kq. qoyun əti, 23 ədəd orta çəkili zavod çörəyi daha çox apara bilər.

Amma məsələn, məcburi köçkünlərə ödənən çörəkpulu isə bu artıma qədər 16 manat 50 qəpik idi. Onu 10 faiz artıranda real artım ayın sonunda 1 manat 65 qəpik edəcək. 1 manat 65 qəpiyə köçkün qoyun əti ala bilməyəcək, amma əvvəlki aya baxanda evinə 5 çörək daha çox ala biləcək.


MÜƏLLİM VƏ HƏKİMLƏRƏ 18 MANAT
Müəllimlər və həkimlərin maaşlarına edilən artım isə aya təxminən 18 manat 40 qəpikdir. Bu təbəqələrdən olan insanların əməkhaqları hökumətin 2011-ci il 13 dekabr tarixli qərarı ilə 19 dərəcə üzrə ödənir. Ən aşağı dərəcə 93.5 manat, ən yuxarı – 19-cu dərəcə isə 680 manatdır.

Bu cədvəldə həmin dərəcələr üzrə orta ayqlıq əməkhaqqı (prezidentin sərəncamı ilə yalnız tarif cədvəli üzrə maaşlar artıb, müəllim və həkimlərə başqa ödənişlərin məbləği dəyişmir – red.) hesablanıb. Bu da 184.3 manat edir, 10 faiz artanda isə müəllim və həkimlərin bu aydan ortalama 18 manat 40 qəpik daha çox əməkhaqqı almaları deməkdir.

Eyni qaydada tələbə təqaüdləri üçün də bu cədvəldə orta qiymət çıxarılıb. Adlı tələbə təqaüdləri, əla oxuyanlar, kafi oxuyanların təqaüdləri bir birindən fərqlidir. Onların arasında orta təqaüd məbləği hesablanıb – 76 manat. Oktyabrın əvvəlində isə orta tələbə təqaüdü 83 mamant 60 qəp., yəni, 7 manat 60 qəpik daha çox olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG