Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27

Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd olunacaq


M. F. Axundov adına Milli Kitabxana 1923-cü il mayın 15-də açılıb.

M. F. Axundov adına Milli Kitabxana 1923-cü il mayın 15-də açılıb.

-
Sentyabrın 22-dən 25-dək Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü və Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XV iclası da gerçəkləşəcək.

Tədbirlərdə 40-dan çox ölkədən milli kitabxana direktorlarının, ümumilikdə 65 nəfər qonağın iştirakı gözlənilir.

Qonaqlar sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində də iştirak edəcəklər.

15-dən artıq ölkənin milli kitabxanası öz eksponatlarını sərgi-yarmarkada nümayiş etdirəcək.

Sərgi-yarmarkanın sonunda kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.

Sentyabrın 25-də Azərbaycan Milli Kitabxanasının Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası və Serbiya Milli Kitabxanası ilə əməkdaşlığı barədə memorandumların imzalanma mərasimi, həmçinin Azərbaycan Milli Kitabxanasının «Nadir kitablar və kitabxananın muzeyi» şöbəsinin açılış mərasimi olacaq.

M. F. Axundov adına Milli Kitabxana 1923-cü il mayın 15-də açılıb.

1939-cu ildə ona M.F. Axundovun adı verilib.

1961-cu ildən kitabxana Xaqani-29 ünvanında yerləşir.

Kitabxananın binası tarixi abidədir və tanınmış memar Mikayıl Hüseynovun layihəsi ilə tikilib.

Hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyətdədir.

Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu qorunur.

2005-ci ildən Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzv qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG