Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:53

Prokurorluq gənclərin həbsdə gizlin çəkilən fotoları ilə bağlı araşdırmaya başlayıb


-
Binəqədi rayon Prokurorluğu AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin şikayətini araşdırır. Gənclər cəzaçəkmə müəssisəsində pis rəftar və işgəncəyə məruz qalmaları ilə bağlı prokurorluğa müraciət etmişdi.
Turqut Qəmbər və Əbülfəz Qurbanlı prokurorluğa izahat verib, hadisə haqda danışıblar. İlkin Rüstəmzadə hazırda həbsdə olduğundan prokurorluğa gedə bilməyib.
Dövlət Neft Akademiyasında terrorun dördüncü ildönümünü anmaq üçün aprelin 30-da Bakıda “Terrora yox!” şüarı ilə aksiyada saxlanan gənclərin cəzaçəkmə müəssisəsində gizlin fotoları çəkilərək yayılmışdı. Onlar Binəqədi müvəqqəti saxlanma təcridxanasında saxlanan vaxt başları qırxılmış və təmizlik işləri görən zaman fotoları çəkilmişdi.

Sentyabrın 2-də, Human Rights Watch beynəlxalq hüquq təşkilatı Azərbaycanla bağlı yeni hesabat yayıb. Hesabatda cəzaçəkmə müəssisəsində pis rəftar və işgəncəyə məruz gənclərin adları da qeyd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG