Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Obama : "Beynəlxalq aləm Suriyada baş verənlərə biganə qala bilməz"


Barack Obama
Barack Obama
Beynəlxalq ictiamiyyət Suriyada kimyəvi silah işlətməsi faktına biganə qala bilməz.
Bunu ABŞ prezidenti Barack Obama Stokholmda bəyan edib.

O İsveçin baş naziri Fredrik Reinfeldtlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Suriyada baş verənləri barbarlıq adlandırıb.Obama qeyd edib ki, avqustun 21-də Dəməşq ətrafında yüzlərlə adamın ölümü ilə nəticələnən kimyəvi hücuma qarşı hərəkətsizlik gələcəkdə bu cür hücumlara riskləri yalnız artıra bilər.

Obama hesab edir ki, Suriya müxalifətinin bu cür silah işlətməyə texniki imkanı yoxdur.

Obama İsveçə böyük 20-lər ölkələrinin sentyabrın 5-6-da Sankt-Peterburqda keçiriləcək sammiti ərəfəsində gedib.
XS
SM
MD
LG