Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52

Türk filmi «Oskar»a namizədlik iddiasındadır


Film iki gənc şairin həyatla və sevgi ilə mücadiləsindən bəhs edir.

Film iki gənc şairin həyatla və sevgi ilə mücadiləsindən bəhs edir.

-
Türkiyə Turizm Nazirliyinin sənət komissiyası Yılmaz Erdoğan-ın «Kelebeğin Rüyası» filminin «Oskar» mükafatına namizədliyə iddiasını açıqlayıb.

«Habertürk»ün yazdığına görə, Mədəniyyət və Turizm naziri Ömer Çelik də «Kelebeğin Rüyası» filminin nüfuzlu komissiya üzvləri tərəfindən 86-cı «Oskar» Mükafatına namizəd kimi seçildiyini «Twitter» hesabından duyurub.

Yılmaz Erdoğan-ın ssenarisini yazdığı və rejissoru olduğu «Kelebeğin Rüyası» bu ilin fevral ayından həm Türkiyədə, həm də Avropa və Orta Şərq ölkələrində göstərilməyə başlayıb.

Filmdə hadisələr 1941-ci illər Türkiyəsində baş verir.

İki gənc şairin həyatla və sevgi ilə olan mücadiləsindən bəhs edən filmdə Kıvanç Tatlıtuğ, Belçim Bilgin, Mert Fırat, Zeynep Farah Abdullah kimi tanınmış aktyorlar çəkilib.

Yılmaz Erdoğan özü də filmdə baş rollardan birini oynayır.

Bu film türk kinosunun ən bahalı filmi kimi tarixə düşüb və çox bəyənilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG