Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Moskva Suriyaya qarşı sanksiyanı dəstəkləyə bilər


Vladimir Putin
Vladimir Putin
Əgər Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah işlətməsi sübuta yetirilsə Moskva Suriyaya hərbi müdaxilə ilə bağlı BMT-nin sanksiyasını dəstəkləyə bilər. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.


Amma Vladimir Putin Qərbi bu məsələ ilə bağlı birtərəfli qaydada hərəkət etməkdən çəkinməyə çağırıb. Vladimir Putin Moskvanın Suriyaya s-300 hava hücumlarından müdafiə sistemləri verdiyini, amma gələcək partiyaların təxirə salındığını qeyd edib.

ABŞ Senatının beynəlxalq əlaqələr komitəsi dünən Suriyaya hərbi müdaxilə ilə bağlı qətnamə layihəsi hazırlayıb.Amma Sənədə ABŞ quru qoşunlarının iştirakı nəzərdə tutulmur. Bu gün Senatda sənədin səsə qoyulacağı gözlənilir.

ABŞ və bir sıra qərb ölkələri Suriya rejimini üsyançılara qarşı kimyəvi silah işlətməkdə ittiham edir.

Suriya hökuməti ittihamı rədd edir.
XS
SM
MD
LG