Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:32

Fantast yazıçı Frederik Pohl vəfat edib


Frederik Pohl

Frederik Pohl

-
Amerikanın tanınmış fantast yazıçısı Frederik Pohl vəfat edib.
Xəbəri Reuters yazıçının ədəbi agenti Mitchell Waters -ə istinadən yayıb.
93 yaşlı Frederik Pohl Çikaqo yaxınlığındakı evində nəfəs çatışmazlığından ölüb.
Frederik Pohl 1919-cu ildə Nyu-Yorkda doğulub.
19 yaşında Isaac Asimov, Cyril M. Kornbluth və Damon Knight -la birlikdə Futuristlər Cəmiyyəti yaradıb.
Sonralar Isaac Asimov-un və başqa yazıçıların ədəbi agenti olub.
1954-cü ildən 1991-ci ilə qədər fantast yazıçı Jack Williamson-la əməkdaşlıq edib. Onlar birlikdə 2 roman yazıblar.
Frederik Pohl-un ən məşhur əsəri 1977-ci ildə yazdığı “Gateway”dır. Əsər çap olunandan sonra nüfuzlu ədəbi mükafatlar alıb.
Frederik Pohl bir neçə romanın da müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG