Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17

Elmar Məmmədyarov Londonda görüşlər keçirir


-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Londonda səfəri davam edir.
Böyük Britaniyalı həmkarı William J Hague-lə görüşən Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi, Azərbaycankı prezident seçkiləri, insan haqları, ticarət və qlobal məsələləri müzakirə edib.
William J Hague ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib. Ölkəsinin Ermənistan-Azərbaycan münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun və həmsədrlərin fəaliyyətini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını söyləyib.
Elmar Məmmədyarov Londona səfəri zamanı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda da olub. Nazir Azərbaycanın xarici siyasətinin prioritetləri və dünya birliyi ilə əlaqələri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətləri, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı haqqında danışıb.
E. Məmmədyarov Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Cristofer Pincherin başçılıq etdiyi Parlament Dostluq Qrupunun, Lordlar və İcmalar Palatasının Xarici Əlaqələr və Enerji Məsələləri üzrə Komitələrinin üzvləri ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG