Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:11

Əli Əhmədov ATƏT nümayəndəsi ilə görüşüb


-

YAP-ın sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta ilə görüşüb.

Beynəlxalq müşahidəçilər missiyasının Azərbaycanda fəaliyyətə başlamasının məmnunluq doğurduğunu qeyd edən YAP-ın sədr müavini Əli Əhmədov seçki prosesinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini deyib.

Məlumata görə, Tana de Zulueta səmimi qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycan hökumətinin seçki prosesinin ilk gündən müşahidəsinin aparılması istiqamətində atdığı addımın təqdirəlayiq olduğunu qeyd etmişdir.
Görüşdə seçkilərə hazırlıq və seçki kampaniyasının təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG