Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:26

Valideynlər general-leytenantın maşınına hücum çəkib- [Fotolar]


Çingiz Məmmədovun maşını / Foto: press24.az
Çingiz Məmmədovun maşını / Foto: press24.az
-
Müdafiə Nazirliyi sentyabrın 3-də «Zabitlər evi»nin qarşısında bir qrup valideynin etirazıyla bağlı açıqlama yayıb. Etiraza səbəb onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul olunmamasıdır.
«BUNUN NƏYİ PİSDİR Kİ?»
Açıqlamada deyilir ki, hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz.
«Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi, hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul TQDK tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan başlıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki, valideynlər belə etiraz edirlər. Lakin onlar övladlarının imtahansız və ya çox aşağı bal toplamalarına baxmayaraq köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər. Biz bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyə edirik».
“Zabitlər evi”nin qarşısında bir qrup valideynin etirazı / Foto: press24.az
“Zabitlər evi”nin qarşısında bir qrup valideynin etirazı / Foto: press24.az
Sentyabrın 3-də saat 18:00 radələrində Dənizkənarı Milli Park yaxınlığında yerləşən «Zabitlər evi»nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkib. Yol bir müddət bağlı qalıb.
ANCAQ TQDK İMTAHANI
Valideynləri narazı salan övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələridir. Belə ki, həmin məzunlar C. Naxçıvanski adına Hərbi Liseyə 2010-cu ildə TQDK tərəfindən keçirilən imtahanlarda tələb olunan balı toplayaraq qəbul olublar. Üç il liseydə təhsil alaraq, hərbi biliklərə yiyələniblər. Lakin indi onlara bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il liseyi bitirənlər Ali Hərbi Məktəbə daxil olmaq üçün təkrar TQDK tərəfindən keçirilən imtahanda iştirak etməlidirlər. Valideynlər tələb edirlər ki, hərbi liseyi bitirmiş məzunlar əvvəlki illərdə olduğu kimi imtahansız Ali Hərbi Məktəbə qəbul edilsinlər.
General-leytenant bundan əvvəl 40-a qədər valideyni öz otağında qəbul edib dinləsə də, geniş səlahiyyətlərinə baxmayaraq, onlara heç bir köçək edə bilməyəcəyini bildirib. Bundan qəzəblənən vətəndaşlar Ç. Məmmədovu avtomobilinə qədər təqib edib, ancaq nazir müavini onları dinləmək istəməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG