Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:03

«Köç» filmi beynəlxalq festivalın əsas mükafatını qazanıb [Video]


-
Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun «Köç» sənədli filmi VI Beynəlxalq «Faito doc Festival» sənədli filmlər festivalında əsas mükafatı qazanıb.
Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festival İtaliyanın Neapol şəhərində keçirilib.
«Köç» filmi Azərbaycan və onun qədim adət-ənənələrindən danışır.
Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən, heyvandarlıqla məşğul olan insanların çətin və maraqlı taleyi işıqlandırılıb.
Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə davam etdirirlər.
Film 2010-cu ildə Azərbaycanın «DS film» studiyasında istehsal olunub.
52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsəndə aparılıb.
«Köç» bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak edib.

Rodion İsmailovun Youtube kanalında yerləşdirdiyi film:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG