Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

Prezident İlham Əliyev Bayraq Meydanında olub


-
Sentyabrın 4-də Prezident İlham Əliyev Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Xəbəri “Azərtac” yayıb.
Prezidentə məlumat verilib ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlayıb, avqustda başa çatdırılıb. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində yaradılıb. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilib. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.
Meydanın ərazisində istirahət parkı da salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG