Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

Senat komitəsi Suriya qətnaməsini razılaşdırıb


-
ABŞ Senatının Komitəsi Suriyaya hərbi müdaxiləyə icazə verən layihə üzrə razılıq əldə edib. Məqsəd Dəməşqi şübhəli kimyəvi silah hücumuna görə cəzalandırmaqdır.
Qərb mətbuatının yazdığına görə, qətnamə ABŞ-ın quru qüvvələrinə əməliyyat aparmağı qadağan edir və hər hansı tədbir üçün 90 günlük müddət müəyyənləşdirir.
Senatın Xarici Əlaqələr Komitəsi mətni çərşənbə axşamı gecə razılaşdırıb. Qətnamə çərşənbə günü səsə qoyulacaq.
Dövlət katibi John Kerry komitəyə deyib ki, Vaşinqton hərəkətə keçməsə, Birləşmiş Ştatların və müttəfiqlərinin nüfuzu zərbə altında qalacaq.
Bundan əvvəl Prezident Barack Obama əsas respublikaçı üzvlərin dəstəyini qazanıb. Nümayəndələr Palatasının respublikaçı spikeri John Boehner və Palata çoxluğunun lideri Eric Cantor onu dəstəkləyəcəyini bildirib.
Çərşənbə günü Fransa parlamenti də fövqəladə sessiya planlaşdırır. Prezident Francois Hollande açıq şəkildə Birləşmiş Ştatların Bashar al-Assad rejiminə qarşı hərbi hücumuna birləşməyi təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG