Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:32

Niklərin arxasında kim durur: evli qadınlar, xüsusi xidmət orqanları, yoxsa...-[Video]


-

niklər

Facebook-dan birbaşa şərh yaz
Virtual məkan niklərlə zəngindir. Əvvəllər çatlarda niklərdən istifadə edilirdisə, artıq sosial şəbəkələrdə də niklər çoxalıb.

Bəziləri iddia edirlər ki, bu niklər sosial şəbəkə istifadəçilərini izləmək istəyən xüsusi xidmət orqanlarının işidir. Digərləri isə niklərin sahiblərinin evli xanımlar olduğunu düşünür. Amma niklər arxasında kişilərin də gizləndiyini deyənlər var.
Bəs istifadəçilər niyə sosial şəbəkələrdə niklərə meyl edirlər?

Sosioloq Cavid İmamoğlu:
- Uzun müddət idi ki, Azərbaycan reallığında əsas etibarı ilə müxtəlif sevgi və tanışlıq çatları mövcud idi. Ancaq, 2009-cu ildən etibarən bizdə sosial şəbəkələr aktuallaşmağa başladı. Bu insanların demək olar ki, əksəriyyəti çatlardan sosial şəbəkələrə gəlməyə başladılar. Belə olan halda isə, çatlarda istifadə etdikləri nicknamelərini də özləri ilə sosial şəbəkəyə gətirdilər.
- Təəssüflər olsun ki, sosial şəbəkələr bu gün Azərbaycan insanın, gəncinin sosiallaşmasının ünvanı olmadı. Əksinə, marginal qruplar bu şəbəkələrə gəldikləri andan burada marginallaşmağa davam etdilər. Öz şəbəkələrini yaradıb real həyatlarında mövcud assosiallıqlarını burda da davam etdirməyə başladılar.
Psixoloq Mehriban Qafarova:
- Mənim niklərə münasibətim normaldır. Psixoloji baxımdan hər bir nikin arxasında şəxs durur.
- Özlərinə əmin insanlar şəxsi ad soyadları ilə qeydiyyatdan keçirlər, o qədər baş yormurlar nik fikirləşməkçün. Nik seçmək də kriativlik tələb edir. Nik insanın şüuraltısıdır.
- Nik nə qədər güclu məna ifadə edirsə, bu nikin arxasında duran adam o qədər zəif olur. Çünki virtual dünyada insanlar çox vaxt özlərini olduğundan fərqli göstərmək istəyirlər.
Verlişi tam dinləmək üçün:
XS
SM
MD
LG