Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:06

Nardaran Ağsaqqallar Şurasının sədri ölkədən çıxmasına qadağa qoyulduğunu deyir


Natiq Kərimov
Natiq Kərimov
Nardaran Ağsaqqallar Şurasının sədri, Milli Şuranın üzvü Natiq Kərimovun ölkədən çıxmasına qadağa qoyulub.Bu barədə Turan-a Natiq Kərimov özü məlumat verib.

Hər 6 aydan bir İrana müayinəyə getdiyini deyən Natiq Kərimov, cümə günü Astara sərhəd-keçid məntəqəsindən İrana buraxılmayıb.O saat 12-yə qədər sərhəd-keçid məntəqəsində gözləməli olub və sərhəd xidmətinin Bakıya göndərdiyi sorğuya cavab olaraq , bu ilin aprelindən Natiq Kərimovun ölkədən çıxmasına qadağa qoyulduğu bildirilib.

N.Kərimov apreldə ruhani-alim Taleh Bağırzadənin müdafiəsilə bağlı Nardaranda aksiyalar keçirildiyini və bu qadağanın həmin aksiyalarla bağlı olduğunu ehtimal edir.
XS
SM
MD
LG